facebook youtube-play linkedin telefon e-poçt ünvan

Bir

ənənənin

başlanğıcı

Haqqımızda

Sumaks Technologies texnologiya məhsullarının istehsalı ilə məşğuldur. Şirkətimiz öz məhsullarının istehsalı ilə yanaşı sifariş əsasında da fəaliyyət göstərir. Əşyaların interneti, proqram və aparat təminatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə ixtisaslaşmış şirkətimiz qısa müddətdə müştəriləri və partnyorları arasında etibarlı tərəfdaş statusunu eldə etmişdir. Sumaks Technologies məhsulları tamamilə yerli istehsaldır və istehsala qədərki araşdırmalar labaratoriyamızda öz mütəxəssislərimiz tərəfindən aparılır. Şirkətimizin gələcəyə baxış strategiyası ölkəmizdə yerli yüksək texnologiya məhsularının istehsalı ənənəsini formalaşdırmaqdır.

Təklif etdiyimiz xidmətlər

elektronik_dizayn

Elektronik dizayn

muhendislik

Mühəndislik

mehsul_dizayn

Məhsul dizaynı

texniki_destek

Texniki dəstək

Layihələrimiz

Avtomaks

Avtomaks – nəqliyyat vasitələrinin izlənməsinin təkmilləşdirilmiş üsulunu təklif edir. Avtomaks iki hissədən – avtomobilə quraşdırılan cihaz və istifadəçiyə təqdim olunan “istifadəçi adı” və “şifrə” ilə daxil olunan veb-interfeys – ibarətdir.

Funksiyalar:

  • İzləmə
  • Sürət həddinə nəzarət
  • Gedilən yola (kilometrə) nəzarət
  • Yanacaq sərfiyyatına nəzarət
  • Avtomobilin hərəkət ərazisinin təyin edilməsi (Poliqon)
  • Təyin olunmuş zonaya giriş və çıxış vaxtlarına nəzarət (Poliqon)
  • Əvvəlki tarixlərdə olan statistik məlumatlara nəzarət
  • Hesabatların Excel formatda çıxarış imkanı

Skrollerlərin mərkəzləşdirilmiş idarəetmə sistemi

Layihə İki əsas hissədən ibarətdir:

  1. Skrollerlərə quraşdırılacaq kontroller plataları
  2. Məsafədən nəzarət və idarəni təmin edən veb-interfeys

İnterfeys –  GSM şəbəkə vasitəsilə skrollerlərin məsafədən nəzarət və idarə olunması təmin olunur.

Funksiyalar:

  • İşıqlandırma sisteminin idarə olunması
  • Enerji şəbəkəsinə nəzarət
  • Reklamların hərəkətinə nəzarət
  • Reklamlara vaxt qoyma 
  • Xidmətdən istifadənin məhdudlaşdırılması

M2 Areameter

         Cihaz uzaq məsafədən müxtəlif tipli müstəviləri ölçmək (en, uzunluq, sahə və s. kimi) üçün nəzərdə tutulmuşdur.

         Androiod mobil tətbiqi ilə birgə işləyən cihaz vasitəsilə 40 metr məsafədən müstəvinin ölçülərini almaq mümkündür. 

         Rəqiblərindən fərqli olaraq bütün Android əməliyyat sistemli smartfonlarla istifadə oluna bilir.

Temperatur və rütubətə nəzarət cihazı

         Layihə çərçivəsində məkanların daxili temperaturuna nəzarət və idarəetmə sistemi təmin olunur. Layihədə həm aparat təminatı, həm də interfeys nəzərdə tutulur. 

         Cihazların kabel və ya simsiz şəbəkədən istifadə olunmaqla internetə çıxışı təmin ediləndən sonra davamlı olaraq temperatur və rütubət məlumatlarını interfeysə göndərilir və oradan tələb olunan funksionallıqlar idarə olunur. 

         Daxilitemperatur qabaqcadan müəyyən edilən temperatur həddinə çatanda kondisionerlərin avtomatik söndürülməsi və ya yandırılması kimi funksiyalar da təmin edilə bilər.

Komandamız

Əlaqə

sumaks Sumaks
×

Mesajın statusu